İybilmə hissinin itməsi yemək dadının zəifləməsinə, qaz və tüstü kimi təhlükələrin gec hiss olunmasına səbəb ola bilər. Bu problem həm mexaniki maneələrdən, həm də sinir sistemi səviyyəsində zədələnmədən qaynaqlana bilər.
COVID-19 bu hissi necə təsir edir?
COVID-19 dövründə iybilmənin itməsi çox rast gəlinirdi. Məlumata görə virus birbaşa qoxu sinirinin özünü deyil, onu dəstəkləyən hüceyrələri zədələdiyi üçün pasiyentlərin böyük hissəsində iybilmə zamanla bərpa olunur.
İybilmə məşqləri faydalıdırmı?
Bəli. Qəhvə, limon, mixək kimi tanış və kəskin qoxuları gündə bir neçə dəfə 10 saniyəlik fasilələrlə iyləmək bərpa prosesinə kömək edə bilər.
Nələri etmək olmaz?
Sirkə və ya çiy sarımsaq kimi yandırıcı maddələri dərindən iyləmək selikli qişanı zədələyə bilər. Bu üsullar tövsiyə olunmur.
Mənbə: YouTube video