Ana səhifə Haqqımda Xidmətlər Bloq Media Əlaqə Randevu al 📞 +994 55 29 29 000

Rinoplastika

Qapalı qoruyucu texnika ilə burunun estetik görünüşünü və tənəffüs funksiyasını eyni vaxtda yaxşılaşdıran müasir burun cərrahiyyəsi.

Rinoplastika

Rinoplastika nədir?

Rinoplastika — burunun xarici görünüşünü və/və ya daxili quruluşunu düzəltmək üçün aparılan cərrahi əməliyyatdır. Əməliyyat zamanı burunun sümük və qığırdaq strukturlarına müdaxilə edilərək istənilən forma əldə olunur, eyni zamanda tənəffüs problemləri aradan qaldırılır.

Dr. Elnur Əkbərov əsasən qapalı (xarici kəsiksiz) qoruyucu texnikadan istifadə edərək təbii nəticələr əldə edir. Xüsusilə kişi burunlarında təbii, maskulin görünüş saxlanması prinsipi əsas götürülür.

Əməliyyat növləri

Qapalı Rinoplastika: Burun daxilindən aparılan kəsiklərlə icra olunur. Xarici iz qalmır, bərpa müddəti daha qısadır.

Açıq Rinoplastika: Mürəkkəb deformasiyalarda, revizion hallarda tətbiq olunur. Kolumellada (burun çəpəri) kiçik kəsik vasitəsilə geniş görünürlük təmin edir.

Septorinoplastika: Burunun estetik düzəldilməsi ilə yanaşı arakəsmə (septum) əyriliyi də aradan qaldırılır.

Revizion Rinoplastika: Əvvəlki uğursuz əməliyyatdan sonra korreksiya. Bəzən qabırğa qığırdağından istifadə tələb olunur.

Əməliyyatdan sonra

Müasir üsullar sayəsində ağrısız və tamponsuz əməliyyat mümkündür. Burun alçısı 7–10 gün saxlanılır. İlk 2 həftədə şişkinlik tədricən azalır. Son nəticə 6–12 ay ərzində formalaşır.

Qadınlarda 16, kişilərdə 17 yaşdan sonra əməliyyata icazə verilir. Yuxarı yaş həddi yoxdur.