Müasir üsullar sayəsində ağrısız və tamponsuz əməliyyat mümkündür. Əməliyyat ümumi narkozla aparılır və əməliyyatdan sonrakı dövrdə ağrı hissi minimaldır.
Qadınlarda 16, kişilərdə 17 yaşdan sonra estetik burun əməliyyatına icazə verilir. Yuxarı yaş həddi yoxdur, 70 yaşdan yuxarı pasiyentlər də uğurla əməliyyat olunub.
Adətən 7-10 gün sonra normal həyata qayıtmaq mümkündür. Ağır fiziki fəaliyyətdən 4-6 həftə çəkinmək lazımdır.
Otoskleroz, orta qulaq sümükcükləri problemi kimi bir çox eşitmə pozulmaları stapedoplastika və ya timpanoplastika əməliyyatları ilə aradan qaldırıla bilər.
Allergiya zəminində olan poliplərdə təkrarlama riski var. Əməliyyatdan sonra ildə 2 dəfə profilaktik müalicə kursu tövsiyə olunur.
İl ərzində 4 və ya daha çox angina halı olduqda, damaq badamcıqlarında revmatik xəstəliklərə təkanverici bakteriya aşkarlandıqda əməliyyat göstərişdir.
Xeyr. Qulağın özünü təmizləmə qabiliyyəti var. Qulaq çöpləri ilə dərinə getmək qulaq pərdəsini zədələyə bilər. Professional təmizləmə daha düzgündür.
Saytdakı randevu formunu dolduraraq, WhatsApp (+994 55 29 29 000) vasitəsilə və ya birbaşa telefon edərək randevu ala bilərsiniz.