Qulaq, Burun, Boğaz və Baş-Boyun Cərrahiyyəsi üzrə uzman həkim
Elnur Əkbərov 1980-ci il mayın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Bakının Yasamal rayonu, 158 saylı orta məktəbində alıb. 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olaraq 2002-ci ildə (Hərbi Tibb fakültəsi daxil) təhsilini bitirib.
Bir neçə il Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif tibbi müəssisələrində xidmət göstərdikdən sonra 2009-cu ildə Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) "Qulaq, Burun, Boğaz və Baş, Boyun Cərrahiyyəsi" ixtisası üzrə uzmanlıq təhsilinə başlayaraq 2013-cü ildə uğurla bitirib. 2017–2018-ci illərdə Almaniyada (Bremen) ixtisasartırma kursları keçib.
2013–2021-ci illərdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi və Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu vəzifəsində çalışıb. Tibb xidməti polkovnik-leytenantı rütbəsinə yüksəlib. 2021-ci ildən National Prime Hospitalda LOR həkim kimi fəaliyyətini davam etdirir.
Rinoplastika, endoskopik sinus cərrahiyyəsi, qulaq cərrahiyyəsi, baş-boyun cərrahiyyəsi sahələrində fəaliyyət.
Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu. Bölmənin rəhbəri olaraq 8 il xidmət.
Qulaq, Burun, Boğaz və Baş-Boyun Cərrahiyyəsi ixtisası üzrə uzmanlıq təhsili.
Tabor tibb məntəqəsi rəisindən başlayaraq müxtəlif hərbi tibbi müəssisələrdə xidmət.
Müalicə İşi fakültəsi (1996–2000), Hərbi Tibb fakültəsi (2000–2002).
American Academy of Otolaryngology – Head and Neck Surgery Foundation
Türkiyə Kulak, Burun, Boğaz və Baş, Boyun Cərrahisi Dərnəyi
Türkiyə Üz Plastik Cərrahiyyə Dərnəyi üzvü
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti