
Uşaqlarda qulaq ağrısı ən çox orta qulaq problemləri ilə bağlı olur. Bəzən kəskin infeksiya, bəzən də adenoid böyüməsi və qulaqda maye yığılması səbəbindən şikayətlər təkrarlayır.
Ən çox görülən səbəblər
- Orta qulaq iltihabı
- Adenoid böyüməsi və burun tıxanıqlığı
- Qulaqda maye toplanması
- Allergiya və tez-tez yuxarı tənəffüs yolu infeksiyası
Valideyn nə vaxt narahat olmalıdır?
Eşitmə zəifliyi, gecikən nitq inkişafı, gecə yuxusuzluğu və ya qulağı tez-tez tutma halları varsa, sadəcə ağrıkəsici vermək kifayət etmir. Uşaq LOR müayinəsi səbəbin aydınlaşdırılması üçün vacibdir.
Müalicə necə dəyişir?
Bəzi hallarda dərman və izləmə kifayət edir. Təkrarlayan hallarda timpanostomiya borusu, adenoidektomiya və ya əlavə müalicə ehtiyacı yarana bilər.