
Damaq badamcıqları immun sistemin bir hissəsidir, lakin bəzi hallarda özləri problem mənbəyinə çevrilir. Xüsusilə tez-tez angina, udqunma çətinliyi və gecə nəfəsalma problemi olduqda tonzillektomiya gündəmə gəlir.
Əsas göstərişlər
- İldə bir neçə dəfə yüksək hərarətli angina keçirmək
- Yuxuda nəfəs dayanması və xorultu
- Badamcıqlarda asimmetriya və ya şübhəli görünüş
- Daimi udqunma çətinliyi və ağız qoxusu
Uşaqlarda və böyüklərdə fərq varmı?
Uşaqlarda əsas səbəb çox zaman nəfəsalma və yuxu problemidir. Böyüklərdə isə təkrarlayan infeksiya, iş qabiliyyətinin azalması və xroniki boğaz narahatlığı ön plana çıxır. Hər pasiyent üçün qərar ayrıca verilməlidir.
Əməliyyatdan sonra
Bir neçə gün boğaz ağrısı və qidalanmada həssaslıq normaldır. Bol maye, yumşaq qidalar və düzgün ağrıkəsici rejimi bərpanı rahatlaşdırır.