Ana səhifə Haqqımda Xidmətlər Bloq Media Əlaqə Randevu al 📞 +994 55 29 29 000

Xoruldama və Yuxu Apnesi Təhlükəsi

📅 🏷️ Yuxu⏱️ 5 dəq oxu

Xoruldama yuxu zamanı yuxarı tənəffüs yollarının yumşaq toxumalarının vibrasiyası nəticəsində yaranır. Lakin bu səs bəzən yuxu apnesi, yəni yuxuda nəfəsin dayanması kimi ciddi problemin əlaməti ola bilər.

Niyə təhlükəlidir?

Nəfəsin 20-30 saniyəyə qədər dayanması qanda oksigenin ciddi düşməsinə səbəb olur. Bu vəziyyət uzun müddətdə infarkt, insult və qəfil ölüm riskini artırır.

Diaqnoz necə qoyulur?

Ən doğru diaqnostik vasitə polisomnografiya, yəni yuxu testidir. Bu testdə oksigen səviyyəsi, beyin dalğaları və tənəffüs fəaliyyəti birlikdə qiymətləndirilir.

Müalicə nədən asılıdır?

Çəki azaltmaq, PAP cihazları və ya septoplastika, badamcıqların alınması, farinqoplastika kimi cərrahi müdaxilələr ehtiyacdan asılı olaraq tətbiq edilir. Yuxu gətirici və əzələ boşaldıcı dərmanlar isə vəziyyəti ağırlaşdıra bilər.

Mənbə: YouTube video