Tonzillit kompensə və dekompensə mərhələlərə bölünə bilər. Erkən mərhələdə antibiotik və əlavə müalicə ilə nəzarət mümkün olsa da, bəzi hallarda badamcıqlar xroniki infeksiya mənbəyinə çevrilir.
Nə vaxt əməliyyat qaçınılmaz olur?
- İldə 3-7 dəfə kəskinləşmə olduqda
- Tənəffüs yolları daraldıqda
- Limfa düyünləri davamlı böyüdükdə
- A qrupu streptokok aşkarlananda
Niyə gözləmək təhlükəlidir?
Dekompensə mərhələdə badamcıqlar ürək, böyrəklər və oynaqlara təsir edə bilən xroniki infeksiya ocağına çevrilə bilər. Bu hallarda tonzillektomiya yalnız rahatlıq üçün deyil, fəsadların qarşısını almaq üçün edilir.
Mənbə: YouTube video